» » Rusiyada uçan taksi buraxılacaq

Rusiyada uçan taksi buraxılacaq

Rusiyada uçan taksi buraxılacaq

Rusiyanın "Aviaton" şirkəti pilotsuz sərnişin aviataksisi yaratmağa hazırlaşır.

Aviataksi "SerVert CB 5B" uçuş aparatının əsasında yaradılacaq.

İlk mərhələdə yüklərdən istifadə edərək sınaqlar keçiriləcək. Bir neçə sınaq uçuşundan sonra aviataksi sərnişinlərin ixtiyarına veriləcək. Onu "uçaq taksi" də adlandırırlar. Aviataksi içərisinə yerləşdirilən xüsusi proqram vasitəsilə yerdən operator tərəfindən idarə olunacaq.

Aviataksi helikopter kimi vertikal şəkildə havaya qalxır və havada təyyarə kimi uçuş həyata keçirir. Yeniliyin 2020-ci ildən tətbiq olunacağı gözlənilir.(ikt.lent.az)