» » Kərə yağı sağlamlığa zərərlidir?

Kərə yağı sağlamlığa zərərlidir?

Kərə yağı sağlamlığa zərərlidir?

İnsanların bir qismi kor-koranə qidalansa da, digər qismi yediyi hər yeməyə diqqətlə yanaşır, sağlamlığına xeyri olub-olmamasını araşdırır. Lakin gəlin etiraf edək ki, qidalanma haqqında maariflənmə səviyyəmiz ürəkaçan deyil. Çox zamansa qidalanma haqqında doğru bildiyimiz əslində yanlış olur. Qidalanma haqqında düzgün bildiyimiz səhvləri sıralanması

Kərə yağı sağlamlığa zərərdirmi? Süd boy uzadırmı, qazlı içkilərdəki turşu mədəyə zərər verirmi? Bunların hamısını sizin üçün araşdırmışıq.

SƏHV: ​​Kərə yağı sağlamlığa zərərdir

DOĞRU: Aparılan araşdırmalara görə, təbii yollarla qidalanmış heyvanların südündən əldə edilən yağ sanılanın əksinə, zərərli deyil, faydalıdır. Lakin dietoloqlar yenə də müəyyən miqdarda yeməyi məsləhət görürlər. Çünki həddindən artıq yağ yemək zamanla ürək və damar xəstəliklərinə səbəb olur.

SƏHV: ​​Yemək vaxtlarından biri təxirə salınarsa, arıqlamaq mümkündür.

DOĞRU: Yemək vaxtını təxirə salan insanlar arıqlayır, lakin normal yemə tempinə döndükdə sürətlə həmin çəkini geri almağa başlayırlar. Sağlam və qalıcı arıqlamaq üçün 3 ana yeməyi və ən az 2 ara ara yeməyi yeyilməlidir.

SƏHV: ​​Qazli içkilərdəki turşu zərərlidir.

DOĞRU: Bu da ən çox yayılan səhvlərdən biridir. Əslində qazlı içkilərin turş dəyəri limon, qreypfrut və portağal kimi meyvələrə paraleldir. Bu səbəbdən kolanın içindəkilər daxil olmaqla, bütün qazlı içkilərin sağlam mədəyə zərər verdiyinə dair heç bir açıqlama yoxdur.

SƏHV: Limon, kələm yağ yandırır.

DOĞRU: Heç bir qida yağ yandırmır. İnternetdə "yağ yandırıcı qidalar" siyahısı çoxdur və bunlara inanmayın. Bəzi qidalar ehtiva etdikləri kafein sayəsində ötəri qısa müddətli təsiri ilə bədəndə olan kalorinin enerji olaraq istifadə edilməsinə kömək olur.

SƏHV: ​​Çox süd içmək boy uzadır.

DOĞRU: Boy uzanması genetik bir müddətdir. Südün tərkibindəki kalsium sadəcə bədənin kalsium ehtiyacını qarşılayır. Boyu uzatmaqdan çox sümükləri möhkəmləndirir. (lent.az)