» » Senator Bakıya mahnı həsr etdi

Senator Bakıya mahnı həsr etdi

Senator Bakıya mahnı həsr etdi

Bakı dostluq laboratoriyası, hamının qaynayıb-qarışdığı qazan idi.

Ucarliyiq.biz axar.az-a istinadən bildirir ki, bunu "Vestnik Kavkaza" saytına müsahibəsində Rusiya Federasiya Şurasının elm, təhsil və mədəniyyət komissiyasının üzvü Andrey Sobolev Bakı və bakılılar haqda təəssüratlarını bölüşərkən deyib.

"Bakıdakı festivalların birində yeni mahnı yarandı. Bu, Rəşid Behbudov adına Teatrda baş verən möcüzəvi hadisə idi. Rəşid Behbudov tanınmış səs və tenor idi. O, erməni bəstəkarın bəstələdiyi, rus şairin yazdığı və Azərbaycan dilinə tərcümə olunmuş mahnı oxuyurdu. Bu, Sovet İttifaqının fenomeni idi. Heç kim soruşmurdu ki, Rəşid Behbudov hansı millətdəndir, onu Sovet İttifaqının bütün qadınları sevirdilər.

Yuli Qusmanın kapitanı olduğu Bakı Şən və Hazırcavablar Klubu da var idi. Qara Qarayev, Rostropoviç, İrina Alleqrova, Larisa Dolina. Bakı dostuq laboratoriyası idi. Hamının qaynayıb-qarışdığı qazan idi. Müslüm Maqomayev simvol idi. Mən onun Polşanın Sopota şəhərində ifasını xatırlayıram. Orada estrada artistləri rok-n-roll, digər nömrələrlə çıxış edirdilər. Daha sonra səhnəyə Müslüm çıxdı və "Vdol po Piterskoy"u oxudu", - senator bildirib.

Andrey Sobolev müsahibəsi zamanı oxuduğu mahnının aktyor Cavid İmamverdiyevə həsr olunmuş festivalda yarandığını deyib.