» » Evliliyinizin bitməsini istəmirsinizsə... - MƏSLƏHƏT

Evliliyinizin bitməsini istəmirsinizsə... - MƏSLƏHƏT

Evliliyinizin bitməsini istəmirsinizsə... - MƏSLƏHƏT

Sözsüz ki, hər bir ailədə problem, söz-söhbət olur. Lakin artıq evliliyinizin sarsıldığını görürsünüzsə və get-gedə boşanmaya yaxınlaşırsınızsa, düşünməyə başlayın. Problem sizdə də ola bilər. Əgər evliliyinizin bitməsini istəmirsinizsə, ailənizi xilas etməyin yollarını axtarın. Sizi bu yollardan bir neçəsi ilə tanış edirik

- Yataq otağına birlikdə gedin! Evliliyin ilk illərində yatağa birlikdə girmək sizin üçün həm ehtiraslı, həm də həyəcanverici olub. Bunu artıq unutmuş ola bilərsiniz. İndi isə xatırlayan tərəf siz olun və yatağa mütləq birlikdə getməyə başlayın.

- "Səni sevirəm" cümləsini hiss etdirin! Hər zaman, ya da soyuq bir tərzdə deyilən "səni sevirəm" kəlməsi yalnız bir ifadədir. Lakin bu kəlməni hiss etdirərək deyin. Onu çox sevdiyinizi, istəyərək ailə qurduğunuzu unutmayın.

- Əgər çox böyük problemlər yoxdursa və hələ onu sevirsinizsə, o zaman fəaliyyətə başlayın. Onu sevdiyinizi yalnız sözlərlə deyil, diqqətinizlə də göstərin. Sevdiyi yeməkləri bişirin, problemlərini dinləyin. Bəyəndiyi bir filmi, ya da fanatı olduğu futbol komandasının oyununu onunla bərabər izləyə bilərsiniz.

- "Dava-dalaş evliliyin dadı-duzudur", lakin dadını qaçırmayın! Şiddətli bir davanı uzatmayın. Məsələn, çox böyük müzakirə və mübahisədən sonra özünüzü sakitləşdirin və tənqid etməyə başlayın. Tamamilə haqlı olsanız belə, dava-dalaşı uzatmayın. Onun sakitləşdiyini gördüyünüz halda, sakit səs tonu və diqqətli cümlələrlə ona haqsız olduğunu izah edin. Müzakirə zamanı səhvləriniz üçün üzr istəməyi də unutmayın.

- Özünüzü tənqid etdikdən sonra haqsız olduğunuzu anladınızsa, "ilk addımı mən atmaram" rəftarını bir qırağa atın. Bu, qürur deyil, yalnız inad olacaq.

- Aynaya baxın! Sevgili olan zaman özünüzə necə güvəndiyinizi xatırlayın. Ona gözəl, yaraşıqlı görünmək üçün nə etdiklərinizi xatırlayın və aynaya baxın. Gördüyünüz eyni qadındırsa (və ya kişidirsə) problem yoxdur, lakin artıq özünüzə qulluq etmədiyinizi anladınızsa, dərhal özünüzə qulluq etməyə başlayın. Həyat yoldaşınıza yenidən xüsusi olduğunu hiss etdirin.(lent.az)