» » Rusiyanın ən zəngin varisi olan azərbaycanlı -FOTO

Rusiyanın ən zəngin varisi olan azərbaycanlı -FOTO

Rusiyanın ən zəngin varisi olan azərbaycanlı -FOTO

"Forbes" jurnalı Rusiya milyarderlərinin varislərinin reytinqini hazırlayıb.

Ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, siyahıda 20 ailə var və varislərin ümumi sayı 47 nəfərdir.

Siyahıya daxil edilən varislərin hər biri ən azı 1,82 milyard dollara yiyələnəcək.

"Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif Rusiyanın ən varlı varisi olub. Yusif azərbaycanlı milyarderin tək övladıdır. Jurnal Yusif Ələkbərova atasının 8,9 milyard dollarlıq sərvətinin qalacağını bildirib.

Kiçik Ələkbərovdan sonrakı yerləri milyarder, "Yevroxim" və SUEK şirkətlərinin sahibi Andrey Melniçenkonun 4 yaşlı oğlu Tara (8,2 milyard dollar), "Novatek" şirkəti və "Sibir-ural neftqazkimya zavodu"nun sahibi Leonid Mixelsonun qızı Viktoriya və adı dəqiqləşdirilməyən bir yaşlı oğlu (hər biri 7,2 milyard dollar) tutub.

Reytinqin ilk onluğunda həmçinin "Alfa-Qrup"un əsas səhmdarlarından olan Aleksey Kuzmiçev (Aleksis - 6,7 milyard dollar), "Maqnit" şəbəkəsinin sahibi Sergey Qalitsk (Polina - 5,7 milyard dollar), "Renova"nın sahibi Viktor Vekselberq (İrina və Aleksandr – hər biri 5,25 milyard dollar), UQMK-in əsas səhmdarı İskəndər Mahmudov (Cahangir - 5 milyard dollar), "Uralkaliya"nın keçmiş sahibi Dmitri Rıbolovlev (Yekaterina və Anna – hər biri 3,85 milyard dollar), biznesmen Gennadi Timçenko (Natalya, Kseniya və İvan – hər biri 3,8 milyard dollar) və sahibkar Mixail Fridmanın (Lora, Katya, Aleksandr və Nika – hər biri 3,3 milyard dollar) varisləri yer alıb.