» » Milyonlar qazanan 9 yaşlı qızcığaz- FOTO

Milyonlar qazanan 9 yaşlı qızcığaz- FOTO

Milyonlar qazanan 9 yaşlı qızcığaz- FOTO

6 yaşında qurduğu marka sayəsində milyonlar qazanır, sosiallaşmaq üçün partilərə gedir, günortalar xərçəng yeyir... O, milyon dollarlıq şirkətin sahibidir. Kiçik yaşına baxmayaraq, dizaynerlər onun üçün ayaqqabı tikir, lüks geyim markalarına pul xərcləyir. Gözəllik salonundan çıxıb alış-verişə gedir... Söhbət İsabella Barettdən gedir.

İsabellanın hələ 9 yaşı var və pulu hər gün bir az daha artır. Onun anası Susanna qızının sərvətinin bir neçə milyon dollar olduğunu və bu pulu onun gələcəyi üçün yatırım etdiyini bildirib: "İki qızım var və ikisini də çox ərköyün böyütmüşəm. Buna baxmayaraq, onlar insanlara qarşı hər zaman çox nəzakətli davranırlar".

İsabellanın səhmdarı olduğu "Glitzy Girl" ləl-cəvahirat markasıdır. O, öz markası ilə New York moda həftəsində də iştirak edir. İsabella hələ ibtidai məktəbə gedir. Məşhur olmağından danışan balaca milyoner bundan xoşbəxt olduğunu deyib: "Fanatlarım məni sevir, mənə çox şirin olduğumu söyləyirlər. Məşhur olmaq gözəldir. Həyatım çox gərgindir. Gimnastikaya getmək istəyirəm, lakin işə getməliyəm". (ailə.lent.az)

Milyonlar qazanan 9 yaşlı qızcığaz- FOTO
Milyonlar qazanan 9 yaşlı qızcığaz- FOTO
Milyonlar qazanan 9 yaşlı qızcığaz- FOTO