» » Təyyarənin üstündən "Naməlum obyekt" uçdu

Təyyarənin üstündən "Naməlum obyekt" uçdu

Təyyarənin üstündən "Naməlum obyekt" uçdu

Türk Hava Yolları pilotları qəribə hadisə ilə qarşılaşıblar.

Pilotlar İstanbul Hava limanı ilə əlaqə yaradaraq üzərlərindən naməlum obyektin (UNO) keçdiyini deyiblər. Hadisə ötən gecə təyyarə Bodrumdan İstanbula uçan zaman baş verib.

Təyyarənin pilotları Gökhan və Sadık Atatürk hava limanına yaxınlaşdıqları zaman saat 23:30-da təyyarənin üzərindən yaşıl işıq saçan bir obyektin peyda olduğunu, lakin onun sürətlə uzaqlaşdığını deyiblər.

"Boeing 737" tipli təyyarənin pilotları mərkəzə "üzərimizdən yaşıl işıq keçdi" deyə xəbərdarlıq ediblər. Onların mərkəzi qüllə ilə danışıqları - səs yazıları mətbuatda yayılıb.

"Üzərimizdən 2 və ya 3 min fut (600-900 metr) yüksəklikdən bir cisim yaşıl işıq saçaraq keçdi. Birdən-birə yoxa çıxdı. UNO olduğunu ehtimal edirik. Hər iki pilot gördü".

THY təyyarəsi bu xəbərdarlıqdan yarım saat sonra İstanbul hava limanına eniş edib.