» » Tanınmış ekstrasensin özəl günündə 13 min dollarlıq HƏDİYYƏ

Tanınmış ekstrasensin özəl günündə 13 min dollarlıq HƏDİYYƏ

Tanınmış ekstrasensin özəl günündə 13 min dollarlıq HƏDİYYƏ

Azərbaycanda və Moskvada fəaliyyət göstərən tanınmış ekstrasens Aqil Məhərrəmov ötən gün ad gününü qeyd edib.Ucarliyiq.biz big.az-a istinadən xəbər verir ki, özəl günündə ən yaxın dostlarını başına toplayan A. Məhərrəmov təəssüratlarını bölüşüb:

"Əslində ad günü mərasimləri qeyd etməyi o qədər də xoşlamıram. Sadəcə Moskvadan Bakıya təzə gəlmişdim, dostlarım üçün darıxmışdım. Onları dəvət etdim, kiçik bir yığıncaq keçirtdim.

Dostluğa çox dəyər verən insanam. Həyatda barmaqla sayılacaq dostlarım var. Məncə hər kəs üçün xoş oldu".

Ad günümdə ən özəl hədiyyənin qiymətini açıqlayan ekstrasens bildirib:

"Ən dəyərli hədiyyənin qiyməti hardasa 13 min dollarlıq olardı. Bir zamanlar köməklik etdiyim şəxsdən heç bir şey almamışdım. O da mənə belə sürpriz etdi. Həmin adam Moskvada yaşayır".