» » 20 illik axtarış- Aristotelin qəbiri tapıldı

20 illik axtarış- Aristotelin qəbiri tapıldı

20 illik axtarış- Aristotelin qəbiri tapıldı

Yunanıstan arxeoloqu Kostas Sismanidis bildirdi ki, Xalkidiki yarımadasında qədim Staqirdə 20 il qazıntıdan sonra Yunanıstan filosofu Aristotelin qəbiri aşkar edilib.

Bu barədə "ERT" telekanalı bildirib.

Alimin sözlərinə görə, əslində qəbir 1996-cı ildə tapılmışdı, lakin o zaman qəbirin Aristotelə aid olduğuna dair yalnız fərziyyələr mövcud olsa da, bu gün uzun araşdırmalardan sonra qəbirin həqiqətən də əfsanəvi filosofa aid olduğu sübuta yetirilib.

Arxeoloq onu da vurğulayıb ki, böyük filosofun dəfn olunduğu yer Staqira şəhərinin şimal hissəsindədir. Aristotel məhz orada dünyaya gəlmişdi. (xezerxeber)