» » DÜNYADA İLK DƏFƏ: dağlarda keçi kimi ... - FOTO

DÜNYADA İLK DƏFƏ: dağlarda keçi kimi ... - FOTO

DÜNYADA İLK DƏFƏ: dağlarda keçi kimi ... - FOTO

Əl və ayaqlarına xüsusi protezlər qoşaraq iməkləyərək yeriməyə çalışdım. Hətta yamaclarlda ot da yedim. Məqsədim eksperimentimin uğurla başla çatması idi.
İngilis dizayner və mühəndis Tomas Tueyts İsveçrə Alplarında, yüksək dağlarda günlərlə keçi kimi yaşayıb.
Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, keçi kimi yaşamağa başlamazdan əvvəl o, xüsusi kostyum və protezlər hazırlayıb.
Əllərinə və ayaqlarına bu protezləri geyəndən sonra Tomas Tueyts İsveçrə dağlarında keçi sürülərindən birinə qatılıb.
"Keçi sürüsünün yanında olsam da, onlar kimi sürətlə hərəkət edə bilmirdim. İlk gündə sürü məndən aralandı, yamacla aşağı düşdü. Yamac qayalıq və buzlaq olduğundan üzüaşağı hərəkət çox çətindi. Lakin sonra onlara çata bildim. Oradan yıxılsaydım, ölərdim. Çünki hər tərəf şiş uclu qayalıqlardı", - T.Tueyts deyib.
35 yaşlı T.Tueytsin sözlərinə görə, "keçi" ekzoprotezinin hazırlanmasına bir il vaxt sərf edib.