» » "Marsdakı adamları ictimayyətdən gizlədirlər" - FOTOLAR -İDDİA

"Marsdakı adamları ictimayyətdən gizlədirlər" - FOTOLAR -İDDİA

"Marsdakı adamları ictimayyətdən gizlədirlər" - FOTOLAR -İDDİA

Məşhur ufoloq Skott Uorinq qəribə açıqlama ilə dünya elm ictİmaiyyətinin diqqətini üzərinə çəkib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, ufoloq NASA-nın saytında Marsdan çəkilən yeni fotolara baxanda orda kosmik skafandrlı astronavt gördüyünü iddia edib.

Ufoloqun iddiasına görə, bu, artıq ikinci belə hadisədir: "Marsdan şəkilləri göndərən "Curiosity" hava gəmisinin fotolarında bu, artıq ikinci belə hadisədir. Bir neçə il əvvəl diqqətli bir nəfər həmin fotolarda insan kölgəsi görmüş və hətta bu barədə NASA-ya sual da ünvanlamışdı. Ancaq sual cavabsız qaldı".
Ufoloq bildirib ki, onun insan kölgəsi gördüyü fotolar 45 dəqiqə müddətində çəkilib və 4 belə fotoda kölgəni görmək mümkündür: "Ola bilsin ki, şəkilləri çəkən hava gəmisinə insanlar xidmət edir. Onlar əvvəldən Marsdadırlar. Deyəsən, elə kosmik gəmilər var ki, astronavtları saniyələr ərzində Marsa aparır. Və bu, ictimaiyyətdən gizlədilir". Uorinq bildirib ki, bu barədə o, hətta NASA-da işləyən tayvanlı dostundan da eşidib: "Dostum NASA-da işləyir. İllər əvvəl o, mənə deyirdi ki, "uçaq boşqab"lara oxşayan tünd göy rəngli kosmik gəmi görüb. Bu gəmi çox böyük sürətlə hərəkət edib. Onun 30 saniyədə Aya çata biləcəyi deyilirdi".

"Marsdakı adamları ictimayyətdən gizlədirlər" - FOTOLAR -İDDİA