» » Dünyada ilk dəfə şokolad dönəri - VİDEOLAR - FOTO

Dünyada ilk dəfə şokolad dönəri - VİDEOLAR - FOTO

Dünyada ilk dəfə şokolad dönəri - VİDEOLAR - FOTO

Dönər artıq sırf türk təamı yox, dünyanın ən müxtəlif ölkələrində satılan fast-fud yeməyidir. Amma Avstraliyada tam fərqli dönər satılmağa başlayıb.
Bu dönər "Nutella"dan hazırlanır, "şokolad dönəri" adlanır.
Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, 13 kiloqramlıq ekstravaqant "dönər" Sidney şəhərininin Dalviç Hill səmtindəki "Tella Balls Dessert Bar"da hazırlanır və satılır.
"Tellabab" adlı dönər lavaş arasına doldurulmuş "Nutella"dan ibarətdir.
Barın sahibi Aki Daykosun dediyinə görə, bu yaxınlarda şokolad şaurması da satmağa başlayacaqlar.
"Belə dönər və şaurma Birləşmiş Ərəb Əmirliklərində çox populyardır. Ona görə də Avstraliyada eksperimenti gerçəkləşdirmək fikrinə düşdük", - A.Daykos deyib.