» » Üç uşaq doğan "kişi" ərə gedir-FOTOLAR

Üç uşaq doğan "kişi" ərə gedir-FOTOLAR

Üç uşaq doğan "kişi" ərə gedir-FOTOLAR

Üç uşaq dünyaya gətirərək bütün dünyanın marağına səbəb olan transvistit 42 yaşlı Tomas Bitti ikinci dəfə evlənir.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, o, 46 yaşlı məktəb direktoru Ember Nikolas ilə ailə həyatı qurmağa hazırlaşır.

Özündən 4 yaş böyük olan Ember Nikolasla evlənməyə hazırlaşan Tomas Bitti 2008-ci ildə ilk uşağını dünyaya gətirən kişi kimi dünya mətbuatının diqqət mərkəzinə düşmüşdü.

Cinsini dəyişərək kişi olan Bitti ilk evliliyini Nensi adlı qadınla edib. Cütlük övlad sahibi olmaq istəsə də, qadının sağlamlığı buna imkan verməyib. Bundan sora görünüşünü tamamilə kişiyə çevirən Bitti süni mayalanma yolu ilə bir uğursuz cəhddən sonra hamilə qalıb. Əvvəlcə bir qız uşağı dünyaya gətirən Tomas Bittinin daha sonra 2 oğlan uşağı olub.
Cinsiyyətini dəyişməyə qərar verən əvvəlki adı Treysi olan şəxs hormonal müalicə alaraq kişiyə çevrilsə də, uşaqlığını aldırmadığı üçün hamilə qala bilmişdi.

Nensi və Bitti 9 il birgə ailə həyatından sonra boşanmaq qərarına gəlib. Arizona məhkəməsi uzun müddət onların nikahının qanuni olduğunu qəbul etməyib. Boşanma, nəhayət ki, ötən il baş tutub. Artıq Tomas Bitti və Ember Nikolasın evlənməsi üçün də heç bir maneə qalmayıb. Emberin əvvəlki nikahından 2 oğlu və 19 yaşlı bir qızı var.
Bitti uşaqlarından heç nəyi gizlətmir. "Uşaqlarım mənə sual verir və mən hər zaman onları cavablandırıram. Mən onlardan heç nəyi gizlətmək istəmirəm. Uşaqlar bilirlər ki, mən onları donor vasitəsilə dünyaya gətirmişəm. Mən hər zaman uşaqlara deyirəm ki, biz başqa ailələrdən fərqlənirik. Çünki biz unikal ailəyik. Onlar anlayır və bizi sevirlər. Uşaqlarım bilir ki, atalar da, anaları da uşaq dünyaya gətirə bilər", - deyə Tomas Bitti bildirib.

Üç uşaq doğan "kişi" ərə gedir-FOTOLAR
Üç uşaq doğan "kişi" ərə gedir-FOTOLAR