06.06.2016

Bu gün 2016-cı ilin ən xüsusi tarixi hesab olunur.

06.06.2016 gənc cütlüklərin ən sevimli gününə çevrilib.

Belə ki, bu gün Bakının bütün restoranlarında toy məclisləri keçiriləcək.

Hətta, paytaxtda fəaliyyət göstərən məşhur gözəllik salonlarında gəlin namizədlər növbəyə düzülüb.

Sözügedən məkanların birində 20 gəlinə belə rast gəlmək mümkündür.

Bu arada qeyd edək ki, Azərbaycanda son günlər toyların çoxluğu Ramazan ayının yaxınlaşması ilə əlaqədardır.