» » Yol polisinin faciənin qarşısını alma anları VİDEODA

Yol polisinin faciənin qarşısını alma anları VİDEODA

Yol polisinin faciənin qarşısını alma anları VİDEODA

Çinin Çjetszyan əyalətində (Xançjou rayonu) təcrübəli yol polisi təbii fəlakətin sürücülərə zərər verməsinin qarşısını alıb.

Ucarliyiq.biz avtosfer.az-a istinadən məlumat verir ki, yer çökməzdən təqribən 4 dəqiqə öncə asfaltda çatlar yaranıb. Nizamlayıcı polis hər ehtimala ərazidə dayanaraq, sürücülərin oradan keçməsinə mane olub, daha sonra isə əraziyə konusvari xəbərdarlıq nişanları düzüb. Asfalt bir neçə dəqiqə ərzində "əriyib", təxminən 2 metr dərinliyində çökəklik əmələ gəlib. Bildirilir ki, bu yeraltı qrunt sularının təsirindən yaranıb. Buyurun, qəhrəman polisi siz də görün: