» » Cazibədar olmağın sirrini açdıq

Cazibədar olmağın sirrini açdıq

Cazibədar olmağın sirrini açdıq

Kişilərdə aşkar etdiyimiz bəzi hərəkətlər, bəlkə də bir mimika və ya xarakterik xüsusiyyət bizim üçün çox mənalı ola bilir. Çox vaxt bu vəziyyət onları gözəllik və yaraşıqdan daha cazibədar edə bilər. Bəs bunlar hansı jestlərdir? Ucarliyiq.biz aile.lent.az-a istinadən kişiləri cazibədar edən bəzi xüsusiyyətləri təqdim edir.

Güclü olmaq

Biz demirik ki, kişi özünü müdir kimi aparmalıdır. Bunu bir kənara qoyaq. Fiziki gücü də bir kənara qoyuruq. Bu güc kişinin həyata olan gücü, duruşu, dayanıqlılığıdır.

İncə xasiyyətləri

Güclü xarakteri ilə yanaşı incə xüsusiyyətlərini görmək, onun da qorxuları və gücsüz tərəflərinin olduğunu bilmək də xoşumuza gəlir.

İsti davranışları

Biz qadınlar istilik, səmimiyyət olmayan yerdə durmarıq. Gözlədiyimiz və gözləmədiyimiz anlarda onlarda gördüyümüz istilik bizi onlara bağlayır. Bağlı qapılar, buz kimi divarlarla əhatə edilən kişi bizlik deyil.

Ruhi yetkinlik

Nədir ruhi yetkinlik? Əxlaqının bütün həyatına siraət etməsidir. Olmadığı kimi görünmək istəyən kişilər güvən yaratmaz. Ruhi yetkinliyi olan, inkişaf etmiş kişi cazibədardır.

Güldürürkən düşündürən kişi

Zarafatlaşaraq güldürən kişilərə ehtiyac yoxdur. Əyəncəli və yumor hissi güclü olan bir kişi bizə yetər. Bizi ən çox gülərək görmək istəyən kişiləri sevirik.

İncəlik

Səni tanımaq istəyən, tanıyan, nələrdən xoşlandığını bilən, kiçik sürprizlər edə bilən, sözləri ruhunu oxşayan kişi idealdır. Daha çox yazmağa ehtiyac yoxdur, hər halda anladınız.

Əsəbləri cilovlamaq

Bir kişini ancaq və ancaq əsəbi olduğu zaman tanıya bilərsiniz. Maddi çətinliyin yaratdığı əsəbdən söhbət getmir. Lakin kiçik də olsa, bunun da bir payı var. Hadisələrin ən dözülməz vəziyyətində özünü idarə etməyi itirməyən bir kişi qadınlar üçün cazibədardır.