» » Sevdiyi qızın xorultusundan yata bilmədi, endirim tələb etdi

Sevdiyi qızın xorultusundan yata bilmədi, endirim tələb etdi

Sevdiyi qızın xorultusundan yata bilmədi, endirim tələb etdi

Turizm şirkətləri, otel sahibləri müştəriləri razı salmaq üçün əllərindən gələni etsələr də, bəzi insanların istəkləri bitmək bilmir.

Ucarliyiq.biz atv.az-a istinadən bildirir ki, beynəlxalq səyahət axtarış xidmətlərindən biri otel müştərilərinin ən qəribə istəklərini araşdırıb. Məsələn, müştərilərdən biri nə qədər qəribə olsa da, sevdiyi qızın xorultusundan yata bilmədiyi üçün qiymətdə endirim tələb edib. Digər biri isə gün ərzində 15 salat, toyuğun ancaq sağ budunu, gecə boyunca hər saat bir stəkan su istəyi ilə çıxış edib. Lakin bu da son deyil. Otelə gələn müştərilərdən bəziləri rəhbərlikdən hamam vannasının bal və şokoladlı süd ilə, bəziləri isə bulaq suyu ilə doldurulmasını istəyib.