» » Dünyanın ən iyrənc heykəli qalmaqal yaratdı - FOTO

Dünyanın ən iyrənc heykəli qalmaqal yaratdı - FOTO

Dünyanın ən iyrənc heykəli qalmaqal yaratdı - FOTO

Bu abidə şəhərdə birmənalı qarşılanmayıb, böyük qalmaqala səbəb olub. Sakinlər bu heykəlin götürülməsini tələb edirlər.
Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, İspaniyanın paytaxtı Madridin yaxınlığındakı Torrelodones şəhərciyində it nəcisi formasında heykəl qoyulub.
5 min dollara başa gəlmiş bu heykəli qoyanların dediklərinə görə, məqsəd şəhərin it saxlayan sakinlərinə "küçələrin təmiz saxlanması ilə bağlı" mesaj verməkdir.
Şəhər sakinləri isə qəzəbləniblər və sosial şəbəkələrdə #NoMasCacas heşteqi ilə küçələri batıran itlərin fotolarını paylaşırlar.
Sakinlər 3 metrlik üfürmə heykəlin götürülməsini tələb edirlər.
Dünən gecə heykəl oğurlanıb. Şəhər meri isə bəyan edib ki, elə həmin yerə eyni heykəl qoyulacaq.