» » Azərbaycanın əcnəbi gəlinləri - Onlar neçə nəfərdir?

Azərbaycanın əcnəbi gəlinləri - Onlar neçə nəfərdir?

Azərbaycanın əcnəbi gəlinləri - Onlar neçə nəfərdir?

Son 4 ayda 4,1 min boşanma halı qeydə alınıb.

2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halları qeydə alınıb.

Ucarliyiq.biz bildirir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) qeyd edilib.

Komitədən bildirilib ki, qeydə alınmış nikahlardan 347-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanılıb.

Bundan başqa, DSK-dan qeyd olunub ki, ötən il Azərbaycan vətəndaşı olan 292 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə qurub.