» » 22 min dollara satılan pişik

22 min dollara satılan pişik

22 min dollara satılan pişik

Dünyanın 10 ən bahalı pişiyi.
Onlar öz xüsusiyyətlərinə görə digərlərindən fərqlənirlər.
Dünyada elə pişik cinsləri var ki, onlar öz xüsusiyyətləri, özünəməxsusluqları ilə digərlərindən fərqlənirlər. Bu cür fərqli pişiklərin isə qiymətləri də fərqli olur.

Ucarliyiq.biz ANS PRESS-ə istinadən oxucularına dünyanın ən bahalı 10 pişiyini təqdim edir.

Rus mavi pişik.

Bu qısa tüklü pişik növünün ən populyar nümayəndələrindən biridir. O, Rusiyada 1893-cü ildən məşhurlaşmağa başlayıb. Pişiyin əsas fərqləndirici xüsusiyyətləri qısa mavi, gümüşü çalarlarda tüklərinin olmasıdır.

Bu növ pişiklərin qiyməti 400-2000 dollar arsında dəyişir.
Serenqeti

Bu növ pişiklər Kaliforniyada benqal pişik cinslərindən 1994-cü ildə əmələ gəlib. Adları yaşadıqları Tanzaniyadakı Serenqeto qoruğunun şərəfinə verilib. Serenqeti pişiyinin çəkisi 8-12 kq arasında dəyişir. Onlar möhkəm qədd-qamətə, böyük qulaqlara və uzun ayaqlara sahibdirlər.

Bu cins pişiklərin qiyməti 600-2000 dollar arsında dəyişir.
Elf pişiyi

Bu pişik cinsi 2006-cı ildə ABŞ-da yaradılıb. Amerika körl cinsi ilə Kanada sfinkslərinin seçmə növlərinin cütləşdirilməsindən qulaqları qatlanmış və keçəl pişik növü meydana gəldi. Elflər çox mehriban, ağıllı və dəcəldir.

Onların qiyməti 2000 dollardır.
Toyqer

Pələngi xatırladan bu pişik cinsi 1993-cü ildə ABŞ-da yaradılıb. Rəsmi tanınması isə 2007-ci ildə baş tutub. Onun çəkisi 7-10 kq təşkil edir. Toyqer sakit təbiətli, asan öyrədilən pişikdir.

Onun qiyməti 500-3000 arasında dəyişir.
Amerikan Körl

Bu orta tüklü pişik növü 1981-ci ildə Kaliforniyada tapılıb. Onların qeyri adi, arxaya qatlanmış qulaqları, kiçik buynuz kimi görünür. Onlar düz qulaqlarla doğulsalar da 2 yaşından sonra qulaqlar arxaya doğru qatlanır. Bu pişiklərin qiyməti 1000-3000 dollar arasında dəyişir.
Benqal pişiyi

Bu hibrid cins 1980-ci ildə ABŞ-da Asiya bəbiri ilə ev pişiyinin cütləşdirilməsi nəticəsində yaranıb. Onu digərlərindən fərqləndirən cəhət tük örtüyünün pələng dərisini xatırlatmasıdır. Onların ən böyüyünün çəkisi 4-8 kq təşkil edir. Bu pişiklər çox xeyirxah və zərifdirlər.

Benqal pişiyinin qiyməti 1000-4000 dollar arasında dəyişir.
Safari pişiyi

Safari hibrid pişik növü adi ev pişiyi ilə Cənubi Amerika vəhşi jofrua pişiyinin cütləşdirilməsindən əmələ gəlib. Cinsin ilk nümayəndələri 1970-ci ildə leykemiya xəstəliyinin öyrənilməsində istifadə edilib. Bu pişiklərin qiyməti 4000-8000 dollar arsında dəyişir.
Kao-mani

Keçmişdə bu pişik növləri əsasən kral ailələrində saxlanılırdı. Onlar uğur rəmzi hesab olunurdular. Kao-mani pişiklərini digərlərindən fərqləndirən xüsusiyyət ağappaq tükləri, bəzən sarı, bəzənsə mavi rəngə çalan göz rənginə malik olmasıdır.

Bu pişiklərin qiyməti 7000-10000 dollar arasında dəyişir.
Çauzi

Çauzi pişik növü ev pişiklərinin nadir növüdür. Bu pişiklər Efiopiya pişiyi ilə vəhşi Afrika pişiyinin cütləşdirilməsindən yaradılıb. Bu növün ilk nümayəndələri 1960-cı ildə ABŞ-da tanıdılıb.

Onların qiyməti 8000-10000 dollar arasında dəyişir. Bu pişiklər ağıllı və fəal xarakterləri ilə seçilirlər.
Savanna

Ən bahalı pişik cinsidir. Pişik Afrika servalı ilə ev pişiyinin cütləşməsindən yaradılıb. Bu cinsin əldə olunması üzərində işlərə 1980-ci ildə ABŞ-da başlanıb. İlk bu növ pişik 1986-cı ildə doğulub. Savanna pişiklərinin çəkisi 15 kq-dır. Boyları isə 60 sm-dır.

Onun qiyməti 4000-22000 dollar arasında dəyişir.

22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik
22 min dollara satılan pişik