» » Azərbaycanlı Çaplin yenə heyran etdi - VIDEO

Azərbaycanlı Çaplin yenə heyran etdi - VIDEO

Azərbaycanlı Çaplin yenə heyran etdi - VIDEO

Məşhur "America's Got Talent" müsabiqəsində iştirak edən həmyerlimiz Üzeyir Novruzov yeni performansı ilə hər kəsi heyrətləndirib.

Ucarliyiq.biz baku.ws-in məlumatına əsasən bildirir ki, yarışmanın növbəti buraxılışında azərbaycanlı "Çarli Çaplin" hündür nərdivanla müxtəlif hərəkətlər edib. Üzeyir Novruzovun şousu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Təhlükəli hərəkətləri ilə diqqət çəkən azərbaycanlı bu dəfə sağ-salamat şousunu başa vurub.

Xatırladaq ki, "America's Got Talent" müsabiqəsinin son buraxılışında azərbaycanlı iştirakçı hündür nərdivandan yerə yıxılmışdı. Bu hadisədən sonra bütün zal və münsiflər heyəti həyəcanlanıb ayağa qalxmışdı.