» » Ağcaqanadları evdən qovmağın TƏBİİ ÜSULLARI

Ağcaqanadları evdən qovmağın TƏBİİ ÜSULLARI

Ağcaqanadları evdən qovmağın TƏBİİ ÜSULLARI

Yayın gəlişi ilə ağcaqanadlar də evə girməyə başlayırlar. "Gözəl yay axşamı və rahat bir yuxu yatmaq istəyirəm", - deyirsinizsə, Ucarliyiq.biz-ın ağcaqanad qovucu təbii üsullar haqqında məsləhətlərinə diqqət edin.

- Tünd rəng paltar geyməyin. Ağcaqanadlar ümumiyyətlə, tünd rəngləri məskəni olaraq görür.

- Potasiumlu yeməklərdən və duzlu qidalardan uzaq durun. Çünki laktik turşular ağcaqanadları üstünə çəkir.

- Tərləməməyə çalışın. Ağcaqanadlar bədəndəki tərli və nəmli bölgələrə daha çox gəlirlər.

- Ağcaqanadların uçucu lavanda yağı, qərənfil və portağal qabığı qoxusundan xoşları gəlmir. Suyla doldurulmuş sprey şüşəsinin içinə bir neçə damla lavanda yağı damızdırın və evin içinə püskürdün.

- Evinizin bəzi yerlərinə qərənfil dəstələri asın. Beləcə, ağcaqanadları uzaqlaşdıra bilərsiniz.

- Ağcaqanadlar təzə reyhan qoxusunu sevmirlər. Buna görə evinizin müxtəlif yerlərinə bir neçə reyhan yarpağı qoya bilərsiniz.

- Nanə yağı, çay ağacı yağı, evkalipt və su qarışığı ilə hazırlayacağınız spreyləri və ya kremləri sürtərək ağcaqanadları qova bilərsiniz.

- Bağça və eyvanınıza natrium asın. Ağcaqanadların daha az gəlməsini və elektrik qənaəti etmənizi təmin edər.

- Bağça və eyvanınıza sarımsaq, bibəriyə, məxmər çiçəyi qoysanız, ağcaqanad bu qoxulardan qaçacaq.

- Vanil götürün və yatarkən nəbz nöqtələrinə sürtün.
(aile.lent)