» » Dünyanın İlk üzən körpüsü – FOTOLAR

Dünyanın İlk üzən körpüsü – FOTOLAR

Dünyanın İlk üzən körpüsü – FOTOLAR

İtaliyada İzeo gölündə üzən ilk körpü sınaqdan çıxarılıb. Ucarliyiq.biz xəbər verir ki, bu barədə publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ideya və layihənin rəhbəri Kristo və Jan-Kloda məxsusdur. İyunun 18-dən iyulun 3-dək üzən körpü ilə səyahət etmək mümkün olacaq. Tarixdə ilk dəfə olaraq bu körpü sayəsində Sulzano sahili ilə Avropanın ən böyük adası bağlanmış olacaq. Bu hadisə 2016-ci ilin ən mühüm hadisələrindən biri kimi tarixə düşəcək.
Körpü 200 000 üzən polietilen kublardan düzəldilib və təxminən 100 000 kv m sarı parça istifadə edilib. Körpü müəyyən məsafələrə çatanda qırmızımtıl rəngə çevriləcək.
Rəssam həmişə geniş kütləni təəccübləndirən layihə yaratmaq arzusunda olub. Layihənin rəhbəri söz verib ki, bu yol 24 saat ərzində hamı üçün açıq olacaq, yalnız pis havalarda ondan istifadə qadağan ediləcək. Bu körpüdən istifadə etmək istəyənlərdən bilet və rezervasiya tələb olunmur. Üzən körpü hamıya məxsus olacaq.
Körpünün eni 16 metr, hündürlüyü 35 sm-dir. Tamaşaçılar səyahət zamanı gölün ətrafındakı dağların fantastik mənzərəsini seyr etmək imkanı qazanacaq.

Dünyanın İlk üzən körpüsü – FOTOLAR
Dünyanın İlk üzən körpüsü – FOTOLAR
Dünyanın İlk üzən körpüsü – FOTOLAR
Dünyanın İlk üzən körpüsü – FOTOLAR