» » Qızının bağça müəlliməsinə "Mercedes" bağışladı

Qızının bağça müəlliməsinə "Mercedes" bağışladı

Qızının bağça müəlliməsinə "Mercedes" bağışladı

Atadan bağçanı bitirən qızının müəlliməsinə sürpriz. Ucarliyiq.biz anspress-ə istinadən məlumatına görə, qeyri-adi və bahalı hədiyyəni neftlə zəngin olan Küveytdə ediblər. Varlıların çox olduğu ölkədə kişi sevincindən qızının müəlliməsinə "Mercedes" bağışlayıb. Nur el Faris adlı qızın atası övladının məktəbə qədəm qoyacağına o qədər sevinib ki, müəlliməyə "Mercedes"in ən son modelini bağışlayıb. Üzərində balaca Nurun əyləşdiyi maşının ön şüşəsində isə belə yazılıb: "Bu maşın ən sevimli müəlliməm Nadia üçündür".
Adını açıqlamayan ata isə dünya mətbuatında yer alan fotodan sonra açıqlama verib. O deyib ki, balaca qızı bu il anasını itirib. Nadia müəllimə isə bu müddətdə qızı ilə o qədər şəfqətli və mehriban olub ki, ona bu dərdi yaşatmayıb.