» » Gənc oğlan videoları ilə hamını şoka salır

Gənc oğlan videoları ilə hamını şoka salır

Gənc oğlan videoları ilə hamını şoka salır

Azərbaycanlı gəncin  göstərdiyi fokus sosial şəbəkədə böyük marağa səbəb olub. ucarliyiq.biz-in məlumatına görə, 28 yaşlı Samir Quliyevin əsl sənəti saç ustası olsa da, o, çəkdiyi videolarla daha çox məşhurdur.



İllyuziya videoları çəkən Samir deyir ki, o, təsadüfən belə videolar çəkməyə başlayıb və onların bu qədər marağa səbəb olacağına etməyib.



"Günlərdən bir gün, sosial şəbəkədə "Magic vine" fenomeni olan Zak Kinqin videoları ilə qarşılaşdım. Gördüm ki, bizim ölkədə bu cür illyuziya videolara çox maraq var. İnsanlar tərəfindən maraqla qarşılanır. İstədim ki, bu, bizimdə ölkədə olsun. Qərara gəldim ki, Zak Kinqin gündəmə gətirdiyi "Magic vine" ənənəsini ölkəmizdə tətbiq edim".



Gənc fokusçunun sözlərinə görə,  Azərbaycanda ilk "Magic vine" videoları ona məxsusdur və o, həmin videoları sosial şəbəkələrdə paylaşır. 
Bir ildən çoxdur ki, bu işlə məşğul olan Samir bizə bəzi sirləri açdı. O, deyir ki, video görüntüləri xususi montaj proqramı ilə illuziya çevirir. 



"Videoların ərsəyə gəlməsi təxmiynən 3-4 saat çəkir. Videodan videoya fərq olduğundan, bəzən daha çox. Kənardan rahat görünsədə, əslində, çox incəlik və diqqət tələb edir.



Samir Quliyev bu işlə hələ ki, peşekar olaraq deyil, hobbi kimi məşğul olduğunu vurğuladı. O, deyir ki, rejissorlardan illuziya videoları ilə bağlı iş təklifləri gəlməsinə baxmayaraq, o, bunu hələki dəyərləndirməyib. 



Gələcəkdə foksçumuz çəkdiyi videolardan qısametrajlı film çəkməyi də düşünür. O, bunu isə peşekar insanlarla etməyi düşünür. 



Biz sizə Samirin maraqlı videolarından bir neçəsini təqdim edirik. Amma onun videolarını izləmək istəyənlər "www.instagram.com/samir.ramizoglu" instagram səhifəsinə baxa bilərlər.



"Magic vine" - 6 saniyə sürən videoçarxlar yaratmağa imkan verən mobil əlavələrdir. Bu, "Twitter" şirkətinə məxsus proqramdır. Servis geniş kütlə üçün 2013-cu il yanvarından istifadə olunur.



Servis "Youtube" tərəfindən "Instagram", "Coub" və "Mixbit" kimi belə əlavələr ilə rəqabət aparır.