» » Azərbaycan Atəşfəşanlıq festivalına qatılır

Azərbaycan Atəşfəşanlıq festivalına qatılır

Azərbaycan Atəşfəşanlıq festivalına qatılır

Azərbaycan bu il II Beynəlxalq Fişəng festivalında iştirak edəcək. ucarliyiq.biz-in məlumatına görə, festival 23-24 iyul tarixində Moskvada keçiriləcək. 



Bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunacaq. Festivalda 25 tondan çox pirotexniki vasitələrdən istifadə etmək planlaşdırılır. Bu ilki "ən yaxşı pirotexniki komanda" adı uğrunda Azərbaycan, Qazaxıstan, Çin, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniya olan fişənglər yarışacaqlar.



Festivalda 25 ton pirotexniki vasitələrdən istifadə etməklə, 50 mindən çox şou olacaq. Fişənglərin hündürlüyü 300 metrədək olmalıdır.



Birinci Beynəlxalq Atəşfəşanlıq festivalı ötən ilin avqustunda Moskvada keçirirlib. Moskva çayının kənarında start alan I Beynəlxalq Pirotexnika festivalı paytaxt sakinlərinə unudulmaz anlar yaşadıb. 



Festivalda Belarus, Çex Respublikası, İtaliya, İspaniya, Finlandiya, Çin, Çili və ev sahibi Rusiya bir-birindən maraqlı atəşfəşanlıq şouları ilə yadda qalıb. Hər gün 4 komandanın musiqi sədaları altında nümayiş etdirdiyi atəşfəşanlıqlar Moskva çayının sularına da əks olunması yarışmaya ayrı bir gözəllik verib. 

İki gün davam edən festivalda ümumuilikdə 30 min pirotexniki vasitədən istifadə edilib.