» » Ramazandan sonra necə qidalanmalı?

Ramazandan sonra necə qidalanmalı?

Ramazandan sonra necə qidalanmalı?

Ramazan ayının son gününü yaşayırıq. Sabah 11 yaın sultanı bitir. Bir aydır aclıq, susuzluqla imtahana çəkildikdən sonra ən əsas məsələ mədə problemləri ilə qarşılaşmamaq üçün qidaya diqqət etməkdir. 


Ramazandan sonra necə qidalanmalı?


Daha az yeməyə və uzun müddət aclığa vərdiş edən mədəyə ağırlıq verməmək lazımdır. Elə dietoloqlar da Ramazan sonrası insanların qidalanma qaydalarına ciddi əməl etmələrini tövsiyyə edir.



Günə başlayarkən mütləq səhər yeməyini yeyerək başlamaq, nahar və şam yeməklərini qaçırmamaq mütlədir.
Yemək üçün çoxlarının səbirsizləndiyi, lakin iftar və imsak arası doyunca yeyə bilmədiyi şirniyyatlar, yeməklər ola bilər ki, bunlar bir rasionda deyil həftə ərzində az-az yeyilməlidir.


Ramazandan sonra necə qidalanmalı?


Qidanın kalori və miqdarına ciddi nəzarət edilməlidir. Hər gün zərərli və yüksək kalorili yeməklərlə qidalanmaq 1-2 həftə ərəzində yüksək çəki artımına gətirib çıxara bilər. Hətta Ramazan bayramı boyunca qonaqlıqlarda yeyilən şirniyyatlar belə insana xəbəri olamdan 1-2 kilo çəki qazandıra bilər. 


Ramazandan sonra necə qidalanmalı?

Bayramdan sonra və bayram günü nahar edərkən tərəvəz məhsulları ilə zəngin qidalardan istifadə edilməlidir. Çünki ən yüngül qidalar tərəvəzlərdir. Buna görədə az yağda qızarmış tərəvəzlər nahar üçün ideal hesab edilir. 



Bayram qonaqlıqlarında hər kəs payına düşən şirniyyatın yarısını yeməklə kifayətlənməlidir. Məsələn iki paxlavadan mütləq birindən imtina edilməlidir.


Ramazandan sonra necə qidalanmalı?

Günə dinamik başlamaq, gün boyu hərəkət etmək gediləcək yerlərə piyada səyahət sağlamlıq və artıq çəki yığımamaq üçün faydalıdır. Şam yeməyindən sonra təmiz havada gəzmək daha məqsədəuyğundur.

 

Bol su içməyi də unutmayın. Dietoloqlar suyu az kalorili içkilərlə əvəz etməyin də mümkün olduğunu deyirlər. Ən yaxşısı isə tərəvəz, nanə və limonlu işçilərdir.