» » Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Son vaxtlar sanki kişilər evlənmə təklifetmə formalarında bir-biri ilə yarışa girib. ucarliyiq.biz böyük marağa səbəb olan evlilik təkliflərindən birini təqdim edir. 



8 aydır birlikdə olan toy fotoqrafı cütlük - braziliyalı Jivaqo Sales və Laura Alveranqa evlilik hazırlığı ilə məşğuldur. Jivaqonun sevgilisinə etdiyi evlilik təklifi isə çoxlarının diqqətini çəkib. Evlilik təklifini hər hansı bir toyda etməyi planlaşdıran Jivaqo bunun üçün saxta bir toy təşkil edir. Dostlarının və ailə üzvlərinin köməyi ilə 3 həftə ərzində təşkilati işləri yekunlaşan kilsədə olan "nikaha" 240 nəfərlik saxta qonaq toplanır. Saxta toyda hətta bəylə gəlin də olur. 



Toya yenə işi ilə bağlı bir fotoqraf kimi gələn Laura fotoaparatını əlinə alaraq toya qatılır. Toy çəkilişlərini aparan gənc qız dəhlizdə bir qız uşağının əlində bir qutu ilə ona doğru gəldiyini görür. Qutuda isə Jivaqo ilə Lauranın şəkli və bir cüt üzük vardı. Nə baş verdiyini anlamayan Laura romantik musiqi sədaları altında qarşısında diz çökən Jivaqonun evlilik təklifinə "hə" deyir. Bu evlilik təklifi Braziliyada ən yaradıcı evlilik təkliflərindən biri hesab edilir.


Ən yaradıcı evlilik təklifi

Saxta toyun saxta bəy və gəlini
Ən yaradıcı evlilik təklifi

Jivaqo və Laura cütlüyü
Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi

Ən yaradıcı evlilik təklifi