» » "İranlı Halk" İŞİD-in üstünə gedir

"İranlı Halk" İŞİD-in üstünə gedir

"İranlı Halk" İŞİD-in üstünə gedir

İranlı gənc internetin fenomeni olub. Buna səbəb isə onun cizgi film qəhrəmanı olan "Halk"a bənzəməsidir. İri, əzələli bədən forması ilə fərqlənən iranlı gənc görənləri heyrətə salır. 

İŞİD terror qruplaşması ilə döyüşmək istəyən iranlı idmançı sosial şəbəkədə hərbi formada şəkillərini dərc edib. ucarliyiq.biz-in məlumatına görə, iranlı atlet şəbəkə istifadəçiləri arasında “İranlı Halk” ləqəbi ilə məşhurdur.

Bir müddət əvvəl 24 yaşlı İranlı ağır atletika idmançısı Sədcad Qaribi Suriyaya döyüşməyə getmək istədiyini bildirmişdi. Səyyad Suriyada İŞİD terror qruplaşmasına qarşı vuruşan iranlı könüllülərə qatılacağını qeyd edib.
Фото опубликовано original page (@sajadgharibii) Июл 5 2016 в 6:11 PDT "Suriyada murdar terrorçulara qarşı vuruşmaq istəyirəm. Bu, qəti qərarımdır", - deyə “İranlı Halk” bildirib.

Səyyadın “İnstagram” hesabında 142 mindən artıq izləyicisi var.

Onun hərbi formada yaydığı şəkillər bir neçə saat ərzində on mindən çox bəyənmə - "layk" toplayıb.

Sədcad Qaribinın boyu 186 sm, çəkisi 155 kq-a yaxındır. 175 kq ağırlığındakı "ştanqı" asanlıqla qaldırır. Səyyadın arzusu dünyanın ən məşhur bodibilder və pauerlifterlərindən biri kimi tanınmaqdır.
"İranlı Halk" İŞİD-in üstünə gedir

"İranlı Halk" İŞİD-in üstünə gedir