» » Baş nazirin barmağından çıxarmadığı üzüyün sirri

Baş nazirin barmağından çıxarmadığı üzüyün sirri

Baş nazirin barmağından çıxarmadığı üzüyün sirri

Türkiyənin baş naziri Binəli Yıldırım barmağından çıxarmadığı üzüyünün sirrini açıqlayıb. ucarliyiq.biz-in məlumatına görə, barmağındakı tünd qırmızı rəngli daşlı üzük barədə baş nazir özü jurnalistlərə açıqlama verib. 

O, deyib ki, üzüyü ona bir şəhid yaxını verib. B.Yıldırımın sözlərinə görə, İzmirdə şəhid dəfninə qatılarkən yaxınlarından biri ona yaxınlaşıb və üzüyü verib: 

"Mənə yaxınlaşan şəxs müəllim idi. Bir az söhbət etdik. Sonra üzüyü verdi və "bunu hər zaman taxın" dedi". Şəhidin yaxını baş nazirə üzüyün taxıb-taxmadığını yoxlayacağını da deyib. "Mənə dedi ki, sizi televizorda izləyəcəm. Üzüyü taxıb-taxmadığınıza baxacam".

Bundan sonra üzük B.Yıldırımın ayrılmaz aksesuarına çevrilib.
Baş nazirin barmağından çıxarmadığı üzüyün sirri

Baş nazirin barmağından çıxarmadığı üzüyün sirri

Baş nazirin barmağından çıxarmadığı üzüyün sirri

Jurnalistlərlə görüş zamanı baş nazirin telefonu da onların diqqətindən qaçmayıb. Həyat yoldaşı və nəvəsi ilə fotosunu telefonun əsas fotosu edən nazir xüsusi bir proqram da yükləyib. Bu proqram onun rəhbərlik etdiyi 65-ci hökumətin neçə gündür fəaliyyətə başladığını göstərir. 

Binəli Yıldırım yeni baş naziridir. O, bu posta may ayında - Əhməd Davudoğlunun istefasından sonra seçilib. 

Müəllimə Semiha Yıldırım ilə evli olan Binəli Yıldırımın üç uşağı var.