» » Türkiyə Cennifer Lopezə qadağa qoydu

Türkiyə Cennifer Lopezə qadağa qoydu

Türkiyə Cennifer Lopezə qadağa qoydu

Türkiyənin ali televiziya qurumu olan RTÜK tərəfindən dünya şöhrtəli müğənni Cennifer Lopezə qadağa qoyulub.

Sentyabrın 10-da Türkiyəyə gəlməyə hazırlaşan ifaçının iki ayrı telekanalda yayımlanan klipinə cərimə yazılıb.

Belə ki dünya ulduzunun İqqi Azalea ilə klipində arxasının yaxın çəkilişi uyğunsuz sayılıb. Klip gecə yarıdan sonra yayımlansa da, RTÜK-ün cəzasından xilas ola bilməyib. Bundan başqa müğənni Galeninin "Bliasak na kristali" klipi də qadağan edilib.

Qurumdan kliplərdə lesbiyanlığın təbliğ edilməsini, uşaq və gənclərin psixologiyasına mənfi təsir edə biləcəyi deyilib.