» » Bu yay 10 nəfəri gün vurdu

Bu yay 10 nəfəri gün vurdu

Bu yay 10 nəfəri gün vurdu

İyun ayından bu günə qədər günvurma ilə bağlı təcili tibbi yardıma 10 nəfər müraciət edib. Bunu ucarliyiq.biz-ə Təcili Tibbi Yardım Xəstəxanasının direktoru Rauf Nağıyev deyib.

Məlumata görə, gün vurmadan ən çox zərərçəkənlər yaşlı insanlardır. Ümumiyyətlə isə günəş vurması isti hava şəraitində gün altında çox qalanlarda müşahisə edilən yay xəstəliyidir.

ucarliyiq.biz günvurmanın əlamətləri və ondan qorunmaq üçün məsləhətlər təqdim edir:

Günvurmanın əlamətləri: şiddətli baş ağrısı, ürək bulantısı, qusma və yüksək temperatur.
Günəş vurması çox təhlükəli haldır və əgər vaxtında müdaxilə edilməsə ölümlə belə nəticələnə bilər. Bəzi hallarda isə sinir sistemində qalıcı fəsadlara səbəb ola bilər. 

İlk yardım:

Belə halla qarşılaşanda zərərçəkəni kölgəyə aparmaq lazımdır. Xəstəni sərinlətməyin ən yaxşı yolu soyuq su vannasıdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.

Təcili görüləcək işlər:
Zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı;
Naşatır spirtini tənzifə vuraraq iynətməli;
Üst geyimini soyundurmalı;
Üzünə soyuq su çiləməli, döşünə yaş dəsmal qoymalı;
Başına soyuq su kompresi qoymalı;
Təcili yardım çağırmalı.
Uşaqlar üçün tədbirlər:
Günəş şüalarının qüvvətli olduğu saatlarda - səhər 10:00 ilə günortadan sonra 15:00 arasında uşaqları açıq havada saxlamayın. Uşaqlara kölgə anlayışını öyrədin. Əgər gölgəniz özünüzdən kiçikdirsə çölə çıxmayın. Papaq, uzun qollu köynəklə günəşdən qoruyun. 6 aydan kiçik uşaqlarda günəşdən qoruyucu kremlərdən istifadə etməyin. Böyük uşaqları günəşə çıxarmadan azı yarım saat əvvəl kremləyin. Kənarı qapalı eynək taxın. Ağ rəng və su günəş şüalarının əks edilməsini artırır. 
Tərlə birlikdə bədənin su və duz itirməsi "isti yorğunluğu" adlanan halsızlıqla müşahidə edilən sindroma səbəb ola bilər. Əgər bu vəziyyət nəzarətdə saxlanmasa bədənin temperatur tənzimləmə sistemi pozulur.
Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü, eynək, gündən qoruyan krem olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin. İsti havada geyim də enli, açıq rəngli, yüngül, pambıq və ya kətan parçadan olmalıdır.