» » Behişt və cəhənnəmi biz özümüz hazır edirik

Behişt və cəhənnəmi biz özümüz hazır edirik

Behişt və cəhənnəmi biz özümüz hazır edirik

Mərcəyi təqlid Ayətullah Hüseyn Məzahiri əxlaq dərsində buyurmuşdur: "Qəbrimizin bizim tərəfimizdən edilən yaxşı əməllərə ehtiyacı vardır ki, ölümdən sonra bu ev abad olsun.

Ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, bəzi insanlar qəbir və axirət aləminə qarşı etinasızdırlar. Bu dünyadan sonra üçün bir iş görmürlər. Ona qarşı qəflət edirlər. Onlara ölən zaman bərzəx aləmi və axirətləri üçün pis nəticələr vardır.
O insanlar ki, bərzəx aləmləri və axirətləri üçün iş görüblər - yaxşı behişt hazır ediblər. O insanlar ki, axirətə görə qəflət ediblər və azuqə toplamayıblar - yaxşı aqibətləri olmaz.
Başqaları bizim üçün bərzəx və axirət behişti və cəhənnəmi deyildirlər. Bəlkə bizim əmələrimizin nəticəsi bizim üçün behişti və cəhənnəmi hazır edər. Ona görə də əməllərimizə diqqət etməliyik.
İnsanlar gərək bir-birinə qarşı yaxşı rəftar etsinlər. Çünki pis rəftarlar qəbir əzabı gətirər. Bəzən bu pis rəftarlar səbəb olar ki, insan Əhli-Beyt (ə) davamçısı olmaqdan xaric olsun".