» » Ölünün barmaqlarını 3D elədilər - FOTOLAR

Ölünün barmaqlarını 3D elədilər - FOTOLAR

Ölünün barmaqlarını 3D elədilər - FOTOLAR

ABŞ-ın Miçiqan Ştatının polis mühafizə əməkdaşları qeyri-adi sifariş veriblər.

Ucarliyiq.biz məlumat verir ki, bu sifariş İphone markalı telefonun barmaq izi ilə qoyulmuş kilidini qırmaq olub. Telefonun sahibi həyatda olmadığından ölü bir şəxsin barmaq izlərini 3d vasitəsi ilə çap edilməsi sifarişi olub. Polis əməkdaşları telefon markansının istehsalçılarına müraciət etməyiblər, onlar bir başa Miçiqan Universitetinin professoru Anila Cayna və onun asistenti Sanprita Arora müraciət ediblər.

Ölünün həyatda olduğu vaxt götürülmüş barmaq izlərini professorun laboratoriyasına göndərərək 3d versiyasını cap ediblər. Polislərin sözlərinə görə telefonda ölüm səbəblərinə dair informasiyalar ola bilər. Cinayət işi tam bağlanmadığından onlar heç bir məlumat verə bilmirlər.

Qeyd edək ki, hansı barmağının izini şifrə kimi qoyduğunu bilinmədiyi üçün 10 barmağın hamısının izlərini cixarmaq lazım olunub.