» » Təcavüzkarlar xədim ediləcəklər - YENİ QANUN

Təcavüzkarlar xədim ediləcəklər - YENİ QANUN

Təcavüzkarlar xədim ediləcəklər - YENİ QANUN

Türkiyədə Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Ucarliyiq.biz 1xəbər.com-a istinadən bildirir ki, dəyişikliyə əsasən, təcavüzkarların kimyəvi yolla xədim edilməsi nəzərdə tutulur. Dəyişiklik bu gündən etibarən qüvvəyə minib.

Qanuna görə, xədim edilməsi prosesində istifadə olunan dərmanların pulunu Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Səhiyyə Nazirliyi ödəyəcək.

Qanunda edilən dəyişikliyə görə, cinsi təcavüzçülər şərti olaraq sərbəst qaldıqları halda aşağıdakılardan birinə və ya bir neçəsinə əməl etməli olacaqlar.

a)Tibbi müalicə ilə xədim ediləcək.

b) Müalicə məqsədli proqramlarda iştirak edəcəklər.

c) Zorakılığa məruz qalanın işlədiyi və yaşadığı bölgədə qalması qadağan olunacaq.

d) Zorakılığa məruz qalanın olduğu yerlərə yaxınlaşması qadağan ediləcək.

e) Uşaqlar olan yerlərdə işləməyəcək.