» » "Bədənimi satıram, amma namaz qılıram" - Müsəlman porno ulduz - FOTO

"Bədənimi satıram, amma namaz qılıram" - Müsəlman porno ulduz - FOTO

"Bədənimi satıram, amma namaz qılıram" - Müsəlman porno ulduz - FOTO

"Porno filmlərə çəkilirəm və burada pis heç nə görmürəm. Bu, mənim işimdir. Hamı kimi mənim də peşəm var və etdiyim seçimə görə peşman deyiləm. Müsəlmanam, milli mənsubiyyətimi və dinimi də unutmamışam. Qohumlarım narazı olsalar da, işimdən əl çəkən deyiləm".

Ucarliyiq.biz milli.az-a istinadla xəbər verir ki, 25 yaşlı Nadiyə Əli ABŞ-ın Los-Anceles şəhərində yaşayır. O, porno filmlərə çəkilir. Pakistandan Birləşmiş Ştatlara mühacirət etmiş müsəlmanların ailəsində doğulub. Valideynləri Nadiyənin vəkil olmasını istəyirdilər. Amma Nadiyə Əli porno filmlərə çəkilən aktrisa oldu.

İlk videosu internetdə yayılandan sonra atası onu öldürmək istəyib, Nadiyə də evdən qaçıb. Dediyinə görə, atası onu öldürmək fikrindən vaz keçsə də, valideynləri, qardaş və bacıları, qohumları ondan üz döndərmişdilər. Lakin indi münasibətlər normallaşıb.

"Anam telefon zənglərimə də cavab vermir. Bacıma zəng vurmuşdum, dedi ki, sən bizimçün ölübsən. Amma indi şükür, hər şey yaxşıdır. Atamla, anamla danışıram, məni anlayırlar. Axı hər kəs öz həyatını yaşayır", - Nadiyə Əli söyləyib.

Onun sözlərinə görə, müsəlmandır və bunu unutmayıb: "Namaz qılıram, Allaha inanıram. Doğrudur, İslam zinanı yasaqlayır, mənsə bir gündə neçə dəfə zina edirəm. Ümid edirəm ki, Allah-Təala günahımdan keçər, günahlarımı bağışlayar".

Nadiyənin dediyinə görə, əvvəllər San-Fransisko şəhərində yaşayırdı və gözəllik salonunda vizajist-bərbər işləyirdi.

"Lakin maaşım çox az idi, normal yaşama çatmırdı. Rəfiqələrimdən biri kazinoda rəqqasə işləyirdi, mənə də orada iş təklif etdi. Rəqs etməyə başladım və ilk gecədə 500 dollar qazandım. Elə sevinirdim ki... Və onda anladım ki, əvvəlki həyatıma əsla qayıtmayacağam. İndi filmlərə müsəlman geyimində çəkilirəm. Bu obraz mənə unikal identiklik verir", - Nadiyə Əli söyləyib.

Nadiyə Əlinin sözlərinə görə, yetərincə pul yığandan sonra porno aktrisa karyerasına son qoymaq, salo-bar açmaq, iş adamı olmaq istəyir.