» » Polisə elə bir məktub gəldi ki... - ŞOK

Polisə elə bir məktub gəldi ki... - ŞOK

Polisə elə bir məktub gəldi ki... - ŞOK

Avstriya Daxili İşlər Nazirliyinə (DİN) ölkənin bəzi federal torpaqlarında polis bölmələrinə qarşı terror hücumları hazırlanması barədə məktub daxil olub.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, hüquq-mühafizə orqanları təhdidlərin terrorçulardan gəldiyini düşünür.

DİN-dən bildiriblər ki, hadisənin araşdırılması ilə Konstitusiyanın Müdafiəsi və Terrorla Mübarizə üzrə Federal Xidmət məşğuldur.

Nazirliyin məlumatına görə, elektron məktub bir neçə dəfə analoji təhdidlərin gəldiyi qondarma elektron ünvandan göndərilib.

Bununla belə, DİN təlaş üçün heç bir səbəb olmadığını açıqlayıb.