» » Roma papası özünə eynək aldı (VİDEO, FOTO)

Roma papası özünə eynək aldı (VİDEO, FOTO)

Roma papası özünə eynək aldı (VİDEO, FOTO)

Vatikandan
Romaya gələn papa Fransisk ozünə eynək alıb.
Ucarliyiq.biz xəbər verir ki, özünə eynək almaq üçün optik eynəklərin satıldığı mağazaya gəlib. Onu mağazaya gələrkən köməkçisi, cangüdəni və bir neçə polis əməkdaşı müşayiət edib. Papa mağazaya "Ford Focus" markalı avtomobildə gəlib. Papa özünə eynək seçənə kimi, mağazanın ətrafı insanlarla dolub. Hər kəsə Papanı yaxından görmək maraqlı gəlib. Fransisk ata yeni eynəyin baha olduğuna görə, satıcıya belə deyib: ”Mənə yeni eynək çərçivəsi lazım deyil, sadəcə eynəyimin şüşələrini dəyişdirin. Ödənişi isə şəxsən özüm edəcəm”.
Roma papası özünə eynək aldı (VİDEO, FOTO)

Roma-katolik kilsəsinin papası Fransisk
"Via Del Babuino" adlı mağaza sahibi Alessandro Spissa əvvələr də papa üçün eynəklər hazırlayıb və onları şəxsən Vatikana özü çatdırıb. "Mən heç vaxt təsəvvür belə etməzdim ki, papa şəxsən özü eynək almağa gələcək", - deyə mağaza sahibi bildirib. Satıcı papadan pul almaq istəməsə də, papa sözünün üstündə duraraq ödəniş edib.
Fransisik ata Roma küçələrində artıq gəzə bilməməsi haqda gileylənib. Roma-katolik papası öz xeyirxaxlığı ilə də məşhurdur. O bir neçə dəfə insanlara şəxsi əşyalarını da paylayıb.