» » Bakıda avtomobili əlsiz sürdülər – ŞOK VİDEO

Bakıda avtomobili əlsiz sürdülər – ŞOK VİDEO

Bakıda avtomobili əlsiz sürdülər – ŞOK VİDEO

Yalçın adlı şəxs əllərini bağlayaraq "KİA"nı şəhərin əsas küçələrində sürüb

Bakıda Yalçın adlı sürücü çox təhlükəli bir tryuka imza atıb. Bilal Nuriyevin Youtubedə paylaşdığı videoda qeyd olunur ki, Yalçın "Porsche" markalı, 10 UO 011 dövlət nömrə nişanlı avtomobili əlsiz sürüb. Amma idarə olunan avtomobilin sükanından görünür ki, avtomobil "KİA"dır. Yalçın əllərini bağlayaraq "Qələbə" meydanından hərəkətə başlayıb, şəhəri gəzib dolandıqdan sonra "Koroğlu" metrostansiyasının yanından dairə vuraraq yenidən əvvəlki yerinə qayıdıb. O, avtomobilin sükanını dizləri ilə idarə edib.
Maşınların arası ilə təhlükəli manevrlər edən, sürət həddini aşan sürücü həm də peşəkarlıq göstərir. Bu, çox təhlükəli bir addım olsa da, sürücünün peşəkarlığını xüsusi qeyd etmək lazımdır. Amma bütün hallarda şəhər içində bu cür avtomobil idarə etməyi normal hal kimi qəbul etmirik.
Video sentyabrın 23-də yayılsa da, qeyd olunur ki, bu çəkiliş 2011-ci ildə aparılıb.

Qeyd edək ki, avtomobili idarə edərkən sükandan əli çəkmək qanunla qadağandır və 40 manat cəriməsi var.

Həmin görüntüləri təqdim edirik: