» » Geyimlərdəki ləkələri, pis qoxuları təmizləmək üçün TÖVSİYƏLƏR

Geyimlərdəki ləkələri, pis qoxuları təmizləmək üçün TÖVSİYƏLƏR

Geyimlərdəki ləkələri, pis qoxuları təmizləmək üçün TÖVSİYƏLƏR

Böyük məbləğdə pul verib aldığınız geyimlərinizin ömrünü uzatmaq istəyirsinizsə, diqqətiniz bu yazıda olsun.

Dolabınızda saxladığınız dəri ayaqqabılar baxımsız qaldığı üçün istifadəsiz hala gəldiyini, ya da adi bir dodaq boyası ləkəsi ucbatından bir də geyinmədiyiniz o gözəl köynəyi unudun. Yağ və dodaq boyası kimi ləkələri təmizləmək üçün yuyucu toz istifadə etməyə gərək yoxdur.

Təqdim etdiyimiz bu məsləhətlərlə geyimləriniz durduğu yerdə parıldayacaq və uzun müddət sizinlə birgə olacaq.

Bir müddət işlətdikdən sonra büstqalterin sağından-solundan çıxan dəmir tellər bədəni olduqca çox narahat etməyə başlayır. Belə halda edəcəyiniz yeganə iş dəmir tellər çıxan hissələrə sarğı bantı sarımaqdır. Beləliklə, həmin dəmirlər yerində qalacaq və sizi narahat etməyəcək.

Havalar soyumağa başlayır. Şkafımızda gizlətdiyimiz yun jaketləri üzə çıxarmaq vaxtıdır. Ancaq sağa-sola çıxan yunlar bədəninizi qıcıqlandıra bilər. Bu problemi yox etmək və tükləri daha yumşaq bir hala gətirmək üçün jaketi bir paketə qoyub buzluqda 12 saat saxlayın.

Gündəlik olaraq siqaret çəkilən, spirtli içki içilən insan sıxlığı olan yerlərdə oluruq. Belə halda geyimlərin üzərinə çökən pis qoxular yusanız, belə getməyə bilər. Boş şüşə silən qab götürün. 3 stəkan su ilə yarım stəkan vodkanı qarışdırıb geyimlərinizin üzərinə sıxın.

Ayaqqabılar üçün təmizlik ipucları. Dəri ayaqqabının üzərindəki ləkələr üçün bir qabın içinə su və sirkə əlavə edib qarışdırın, Diş fırçası ilə ləkələrin üzərinə tətbiq edin.

Zamş ayaqqabıları təmizləmək üçün zamş material üçün fırça götürün, su və vodka qarışımını ləkəli bölgəyə sıxıb fırça ilə nazikcə təmizləyin. .

Canlılığını itirməyən dəri ayaqqabılar üçün adə bir parçanı nəmləndirici losion ilə isladın və ayaqqabını təmizləyin.

Parlaq rəngli ayaqqabılarınız üçün qulaq təmizləmə çöpünü vazelinə batırın və ayaqqabınıza sürtün. Yağışlı havalarda ayaqqabınızın quru qalmasına da yardım edəcək. Ləkələri də aparacaq.

Geyimlərinizə dodaq boyası ləkəsi batıbsa, ləkənin üzərinə saç lakı sıxıb qurumasını gözləyin. Sonra maşına yumaq üçün ata bilərsiniz.

Geyimdəki istənilən ləkələri təmizləmək üçün ləkəni əvvəlcə təraş köpüyü ilə yaxşıca ovun. Həssas geyimləri ovarkən telefon, eynək silən parçalarından istifadə edə bilərsiniz.

Yağlı yeməklər sizə kilo qazandıran dadlı bir təam olmaqla yanaşı çox təhlükəli bir çirk mənbəyidir. Yağ ləkəsini yumadan əvvəl ləkəli bölgəyə yuyucu sabun istifadə edin. Sabunu tökdükdən sonra azca ovun. Yağ ləkəsinə qarşı təbaşir, duz da əlavə edə bilərsiz. 1 saat qurumasını gözləyin. Üfləyin. Ləkə artıq yox olacaq.

Ağ geyimlərdəki tər ləkələrindən canınızı qurtarmaq üçün bir az limon suyu və soda qarışdırın, bunu geyimin üzərinə tökün, ovun. Yenə eyni miqdarda aspirin tozu və oksigenli su istifadə edin.

Qoxuya "bye-bye", idmana "hello"! Günün sonunda pis iylənən idman ayaqqabılarının içinə qabartma tozu səpin və sərin bir yerdə 1 saat saxladıqdan sonra tozu üfləyin.

Sıxılıb qalan zəncirləri (zamok) açmaq üçün qulaq təmizləyici çubuğa vazelin sürtüb həmin bölgəyə vurun.//Aile.lent.az