» » Dünyada şokolad qıtlığı yarana bilər

Dünyada şokolad qıtlığı yarana bilər

Dünyada şokolad qıtlığı yarana bilər

Dünya bazarında şokoladın qiyməti maksimum həddə çatıb.

İlin əvvəlindən indiyədək kakao paxlasının qiyməti 13% yüksələrək son 4 ildə ən yüksək həddə çatıb. Qiymət artımının səbəbi investorların qarşıdakı illərdə bu məhsulun istehsalının azalacağı ilə bağlı narahatlığıdır.

Kakao paxlasının əsas istehsal edildiyi regionlar olan Qərbi Afrikada quraqlıq və Cənubi Amerikadakı yağışlar nəticəsində dünyada bu məhsulun qıtlığı 250 min tona çatacaq. Proqnozlara görə, 2020-ci ildə isə dünya bazarına indikindən 1 milyon ton az kakao paxlası çıxarılacaq.

Bu pronozlar nəticəsində birjalarda kakaonun qiyməti kəskin artaraq London birjasında 2,2 min funt sterlinqə, Nyu-Yorkda isə 3 312 dollara çatıb. Sonuncu dəfə belə qiymətlər 4 il əvvəl qeydə alınıb. İstehsal azaldıqca, qiymətlərin artması da davam edəcək-deyə ekspertlər bildirirlər.//fins.az