» » Allahu əkbər dedi, özünü minarədən atdı - VİDEO

Allahu əkbər dedi, özünü minarədən atdı - VİDEO

Allahu əkbər dedi, özünü minarədən atdı - VİDEO

Cengiz Koçak adlı bir şəxs İstanbulun Haydarpaşa Məscidinin 47 metr yüksəkliyindəki minarəsinə gizlicə çıxaraq oradan özünü yerə atıb. İnsanlar onun özünü minarədən yerə atdığını görəndə öncə intihar etdiyini düşünüblər. Amma sonradan onun idmançı olduğunu gördükdə, bəziləri məscidin bu sayaq əyləncə xarakterli işlər üçün münasib məkan olmadığını bildirərək Cengiz Koçaka etiraz ediblər.

Paraşütlə özünü yerə atan idmançı endiyi zaman ağacın budaqlarına ilişib, amma özü ciddi xəsarət almayıb. Bir müddət ağacda asılı qalan Koçak ağacın budaqlarından qurtulduqdan sonra sürətlə bölgədən uzaqlaşıb. Minarədən tullanarkən çəkdiyi fotoşəkili Koçak sosial şəbəkədə paylaşıb. O deyib: "Minarədən tullanıb, bayramınızı təbrik edirəm". Avropa ölkələri başda olmaqla İran və Gürcüstanda da qüllə, körpü və yüksək binalardan yerə tullanan Cengiz Koçak, bu dəfəki enişinin bir ilk olduğunu söyləyib.//sizinyol.info