» » Yeni nəsil avtopilot sistemi təqdim edildi - VİDEO

Yeni nəsil avtopilot sistemi təqdim edildi - VİDEO

Yeni nəsil avtopilot sistemi təqdim edildi - VİDEO
"Tesla Motors” özünün avtopilot sisteminin yeni videosunu təqdim edib.

Videoda şirkətin yeni tamamilə avtonom avtopilot sistemi təqdim edilib. Həmin sistem, şirkətin bütün avtomobillərində mövcuddur. Videonun başlığında qeyd olunub ki, sürücü yerində oturmuş şəxs yalnız ABŞ qanunvericiliyinə görə avtomobildə iştirak edir. Belə ki, avtomobilin idarəolunmasında o, iştirak etmir. Bu halda avtomobil rahatlıqla şəhər yollarında hərəkət edib və özü avtomatik olaraq avtomobili park edib. "Technote.az”ın "Gagadget.ru”a istinadən verdiyi xəbərə əsasən şirkətin yeni avtonom sürmə sistemi 12 kameradan ibarətdir. Həmin 12 kamera birlikdə 360 dərəcəlik görüntü təmin edir. Həmçinin sistemi tamamlayan 12 ədəd ultrasəs ötürücüsü və avtomobilin ön hissəsində olan radardır. Həmin radar güclü yağış, qar, toz və qatı duman zamanı avtopilot sisteminə öz köməkliyini göstərir. İlk öncə ikinci nəsil avtopilot sistemi yalnız fon rejimində çalışaraq avtomobilin idarəolunmasına qarışmayacaq və ona lazım olan məlumatları yığacaq.