» » Kobranın döyünməkdə olan ürəyini yedi

Kobranın döyünməkdə olan ürəyini yedi

Kobranın döyünməkdə olan ürəyini yedi

"Bu gün kobranın hələ döyünməkdə olan ürəyini yemişəm və onun qanını içmişəm"

"Vaşinqton Kepitals" hokkey komandasının hücumçusu Stanislav Qaliyev məzuniyyətini keçirdiyi Vyetnamda olarkən öldürülmüş kobranın ürəyini yeyib.

"Bu gün kobranın hələ döyünməkdə olan ürəyini yemişəm və onun qanını içmişəm",- Qaliyev öz "İnstagram" hesabında yazıb. O, əlavə edib ki, arvadı Olqaya ilanın öd kisəsi çatıb.

Cənub-Şərqi Asiyada hesab edirlər ki, bu orqanlar, həmçinin, ilanın qanı insan üçün müalicəvi əhəmiyyətə malikdir. O, orqanizmi yaxşılaşdırır və çavanlaşdırır.//a24.az