» » 100 yaşlı qadına xəstəxanadan hamilə olması haqda məktub gəldi

100 yaşlı qadına xəstəxanadan hamilə olması haqda məktub gəldi

100 yaşlı qadına xəstəxanadan hamilə olması haqda məktub gəldi

Qadın məktubu alandan sonra narahatlıq yaşayıb və tibbi analizdən keçməyi lazım bilib.

Böyük Britaniya vətəndaşı, Ferhem şəhərindən olan 100 yaşlı Doris Eylinq şəhər xəstəxanasından hamilə olması ilə bağlı məktub alıb.

Ucarliyiq.biz -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qadın məktubu alandan sonra narahatlıq yaşayıb və tibbi analizdən keçməyi lazım bilib. Çünki məktubda ünvan və ad-soyad dəqiq göstərilibmiş. "The Sun" qəzetinin məlumatına görə, qadın deyib ki, onun 3 övladı və 20 nəvəsi var. "Mən artıq 70 ildir ki, hamilə qalmıram, bu, necə ola bilər?" – qadın bildirib. Yaxınları ilə birgə xəstəxanaya müraciət edərkən isə məlum olub ki, həkimlər məktubu yanlış ünvana göndəriblər.