» » Boşandı, sevincindən üzüyünü raketlə kosmosa göndərdi

Boşandı, sevincindən üzüyünü raketlə kosmosa göndərdi

Boşandı, sevincindən üzüyünü raketlə kosmosa göndərdi

Fərqli evlilik planları ilə mediada işıqlanan cütlüklərlə yanaşı boşandıqları zaman bir-birlərinə kiçik "sürpriz"lər etməyi əsirgəməyənlər də az deyil.

Sizə həyat yoldaşından fərqli yollarla intiqam almaq istəyən şəxsləri sizə təqdim edirik.

Həyat yoldaşından ayrılan Kevin Cotter onun gəlin paltarını müxtəlif vasitələrdə istifadə edib. Gəlin paltarından balıq saxlamaq, həyətdəki otu yığmaq, makaron süzmək, sobadakı yeməyi götürmək, evi silmək, qabları yumaq və bu kimi daha bir çox şey üçün istifadə edən Kevinin fotoları tez bir zamanda sosial şəbəkələrdə yayılıb.

Boşandıqdan sonra keçmiş həyat yoldaşının evinin düz yanında ev alıb və həyətinə bu heykəli qoyan da var.
Başqa bir şəxs isə alimenti bir neçə torba qəpiklə ödəyib.

Bir qadın eks-həyat yoldaşının ad günündə 20 tonluq daş alıb. Üzərində "doğum günün mübarək, İsa XX" yazan bu daşı boşandığı adamın evinin qarşısına qoyduran qadın onu bu cür təbrik etmək istəyib.

Boşanma ərəfəsində olan zaman xanımının cakkuzisinə gübrə doldurub qaçan şəxs son anda traktorun səsinə yaxalanıb.

Yeni Zellandiyada Rebeka Gibbs boşandıqdan sonra üzüyünü balaca bir raketin ucuna taxaraq səmaya göndərib.

Bir serb əkinçi boşandığı həyat yoldaşına hər şeyin yarısını vermək məcburiyyətində qaldığı üçün əsəbiləşib və elektrik mişarı ilə hər şeyi yarı bölüb, traktorunu belə…

Əmlakı bölə bilməyən Taub ailəsinin boşanmaq üçün müraciət etdikləri məhkəmə prosesi 6 il çəkib. Çox mübahisədən sonra cütlüyün paylaşa bilmədiyi malikanənin içərisində qalın divar çəkilib. İndi ikisi də malikanənin özünə məxsus hissəsində xoşbəxt yaşayır.//qafqazinfo