» » Putinin atasını ərəb imiş?

Putinin atasını ərəb imiş?

Putinin atasını ərəb imiş?

Rusiyanın İraqda İŞİD-ə qarşı əməliyyatlara hazırlaşması bu ölkənin şiələri tərəfindən dəstəklənir.

Ucarliyiq.biz axar.az-a istinadla bildirir ki, sosial şəbəkələrdə bu təbliğatın tərkib hissəsi kimi Putinin atası iraqlı olaraq təqdim olunub.

"Əslində, Putinin atası iraqlı tacir olub. Ölkənin cənubundakı Nasiriyyə şəhərində yaşayıb. O, ərəbcə "tin" adlanan əncir satırmış. Buna görə də ata Putinə Əbu Tin ləqəbi verilib. İkinci Dünya Müharibəsindən sonra Əbu Tin Rusiyaya köçüb.

Burada rus qızı ilə evlənib, dünyaya gələn oğluna Əbdüləmir adını qoyub. Ancaq ruslar Əbdüləmir adını çətin tələffüs etdiyindən "Vladimir" deməyə başlayıblar".