» » Həbsxanadan qaçan insanların həyat hekayələri

Həbsxanadan qaçan insanların həyat hekayələri

Həbsxanadan qaçan insanların həyat hekayələri

Almanların əlindən qaçmağı bacarmış yəhudi Alfred və Rudolfun mükəmməl planı

Tarix boyu dünyanın ən qəddar həbsxanalarından belə qaçan şəxslər olub. Bu məhbuslardan biri də yaxın günlərdə həbsxanadan qaçan "El Chapo" ləqəbli Joaquin Guzmandır. O, 1.5 kilometrlik tunel qazaraq "Antplano" həbsxanasından qaçmağı bacarıb. "El Chapo" qazdığı tunel ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Lakin bəzi məhbuslar Joaquin Guzman kimi özlərinə heç də əziyyət verərək tunel qazmayıblar. Onlar çox sadə üsullarla həbsxanada qaçmağı bacarıblar. Ucarliyiq.biz bizimyol-a istinadən ən maraqlı həbsxanadan qaçış hadisələrini təqdim edir:

1. John Dillinger

Həbsxanadan qaçan insanların həyat hekayələri
1930-cu illərdə bir çox bank soyğununu reallaşdıraraq ABŞ polisini illərlə yoran John Dillinger, qaçmağın qeyri-mümkün olduğu düşünülən "Crown Point" həbsxanasına salınmışdı. John həbsxanada olarkən qaçmağın yolunu cəmi bir neçə dəqiqəyə düşünüb. O, bir neçə saat ərzində bir taxta parçasını yontaraq, daha sonra ayaqqabı boyasıyla qara rəngə boyayıb. John, daha sonra taxta parçasını həbsxana işçilərinə tərəf tutaraq onlara atəş açaçağını deyib və təhdid edib. John girov aldığı nəzarətçiləri bir otağa bağlayıb və həbsxana müdirinin yeni avtomobilini oğurlayaraq qaçmağı bacarıb.

2. Charles Victor Thompson

Həbsxanadan qaçan insanların həyat hekayələri
Keçmiş sevgilisini və onun ərini öldürməkdə təqsirləndirilən Victora ölüm hökmü verilmişdi. Lakin Victor edam öncəsi qaçmağı bacarmışdı. O, əvvəlcə qaldığı kameraya köynək və şalvar kimi gündəlik paltarlar keçirməyi bacarmışdı. Daha sonra Victor vəkili ilə görüşməsi üçün müraciət etmişdi. Vəkillə görüşə getmədən bir neçə dəqiqə əvvəl isə Victor, gizlətdiyi paltarları geyinərək həbsxanadan qaçmışdı. Çıxışda nəzarətçilər tərəfindən dayandırılan Victor, həyəcanlanmadan məhbus vəsiqəsini göstərərək onları aldatmış və əlini-qolunu sallayaraq həbsxanadan çıxmışdı.

3. Alfred Corc Hinds

Həbsxanadan qaçan insanların həyat hekayələri
Alfred həbsxanaya salınan gün bütün açarlara baxaraq onların formalarını əzbərləyə bilib. Cəmi bir neçə ay sonra Alfred açarların kopyasını çıxarmağı bacarıb və həbsxanadan qaçıb. 8 ay sonra isə o yenidən tutulub. Məhkəmə salonunda tualetə getmək istədiyini deyən Alfred, yeni plan qurub və o nəzarətçiləri tualetə salaraq 2-ci dəfə qaçmağı bacarıb.

4. Richard McNair

Həbsxanadan qaçan insanların həyat hekayələri
Richard McNair adlı şəxs həbs edilərkən 3 dedektivlə birlikdə polis bölməsindəki bir otağa salınmışdı. Lakin Richard elə qaçış planını həbs olunduğu andan etibarən hazırlamağa başladı. O, təsadüfən otaqda olan əl kremindən istifadə edərək qandallardan xilas ola bildi və polis bölməsindən qaçdı. Richard qısa bir müddət sonra həbs edildi. Lakin bu dəfə Richard salındığı həbsxananın havalandırma sistemindən qaçmağı bacardı. Richard bir müddət sonra 3 -cü dəfə həbs edildi. O, yüksək təhlükəsizlik səviyyəsinə sahib bir həbsxanaya salındı. Richard burada təmir işində çalışmağa başladı və bir gün məktubların gətirildiyi böyük çantanın içərisinə girərək həbsxanadan qaçmağı bacardı. Qaçışından dərhal sonra o, hər yerdə axtarılmağa başlandı. Lakin Richardı 4-cü dəfə həbs etmək mümkün olmadı. Bir müddət sonra isə məlum oldu ki, bir polis məmuru təsadüfən onun avtomobilini saxlayıb. Həmin gün Richard soyuqqanlı davranaraq yol polisini dinləyib. O, hətta söhbətin sonunda yol polisindən gedəcəyi yolu da soruşub. Beləcə Richard həbs edilməkdən yaxasını qurtarıb.

5. Frank Morris, Clarence Anglin və John Anglin

Həbsxanadan qaçan insanların həyat hekayələri
Bir ada üzərində inşa edilən "Alcatraz" həbsxanası, heç bir məhkumun qaça bilməyəcəyi çox qorxunc bir həbsxana idi. Lakin 1962-ci ildə üç məhkum, tozsoran mühərrikindən istifadə edərək divarı deşdilər. Betonu deşməyi bacara Frank Morris, Clarence Anglin və John Anglin, daha sonra havalandırma borusuna girərək, oradan da həbsxananın damına çıxdılar. Həbsxana damından su boruları vasitəsiylə aşağı enən 3 məhkum, hazırladıqları kiçik qayıqla San-Fransiskoya qaçmağı bacardılar. Bundan əlavə onlar, heç kim şübhələnməsin deyə öz saçlarından istifadə edərək 3 maket hazırladılar. Qaçdıqları gecə maketləri yataqlarına yerləşdirən məhkumlar, nəzarətçilərin bir neçə saat şübhələnməməsini təmin etmişdilər.

6. Alfred Wetzler və Rudolf

Həbsxanadan qaçan insanların həyat hekayələri
Bir milyondan çox yəhudinin almanlar tərəfindən sobalarda yandırılaraq öldürüldüyü "Auschwitz" əsir düşərgəsində əsir olan Alfred Wetzler və Rudolf Vrba, ölməmək üçün qaçış planı hazırladılar. Onlar yaxınlıqdakı bir odun yığınının altına girərək gizləndilər. İtlər və əsgərlər düşərgədə onları bir neçə gün axtardılar. Lakin heç kimin ağlına gəlmədi ki, 2 əsir odun yığınının altında gizlənə bilər. Alfred və Rudolf 4 gün boyunca heç tərpənmədən, səs çıxarmadan, aç və susuz odun yığınının altında gözlədilər. Sonda əsirlər 2 əsgər forması, 1 xəritə və kifayət qədər konserv oğurlayaraq qaçmağı bacardılar. Onlar 133 kilometr yol gedərək Polşa sərhədinə çatdılar. Beləliklə Alfred və Rudolf, tarixin ən çətin qaçışını reallaşdırdılar.