» » Yasamal məhkəməsində maraqı olay

Yasamal məhkəməsində maraqı olay

Yasamal məhkəməsində maraqı olay

“Hakim özü-özünə etiraz etməyə borcludur”.

Bu gün Yasamal Rayon Məhkəməsində “Nikoil Bank”ın vəkil Əkrəm Həsənov və aznews.az xəbər saytına qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, hakim Zəfər Quliyev məhkəmə tərkibinə etirazın olub-olmaması barədə sual verərkən Ə.Həsənov söz istəyib.

O bildirib ki, hakim Zəfər Quliyev 2012-ci ildə “Nikoil Bank”dan 25 il müddətinə 50 000 manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili alıb:

“Başqa sözlə, hakim borclu olduğu “Nikoil Bank”dan asılı vəziyyətdədir. Ən azı ona görə ki, həmin bankın kredit üzrə ona edilmiş və (və ya) ediləcək güzəştlərində (məsələn, faiz dərəcəsi və s.) maraqlıdır. Hakimin maaşı yüksək deyil, himayəsində isə həyat yoldaşı və iki uşağı var, üstəgəl valideynlərinə də kömək edir. Beləliklə, hakimi bankla şəxsi dostluq və kredit öhdəliyi bağlayır. Məhz buna görə də iş ona gəlib düşüb və “Nikoil Bank”ı heç mənim hakimlə qohumluq əlaqəm də narahat etmir.

Mülki Prosessual Məcəllənin 19-cü maddəsinə görə, hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər. Bu halda hakim ümumiyyətlə özü-özünə etiraz etməyə borcludur. Lakin hakim bunu etməyib. Buna görə də mən hakimə etiraz edirəm”.

Hakim banka kredit borcu olduğunu etiraf edib. Zəfər Quliyevin sözlərinə görə, bu, o demək deyil ki, o, obyektiv deyil və qərəzlidir.

Məhkəmə iclası Ə.Həsənovun etirazına baxılması üçün oktyabrın 27-dək təxirə salınıb.

Etiraza Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov baxacaq.