» » Pepsi smartfon istehsal edəcək

Pepsi smartfon istehsal edəcək

Pepsi smartfon istehsal edəcək

Pepsi şirkətinin Çin bölməsi Pepsi P1 adlanan smartfon təqdim edəcək.

Məlumata görə, oktyabrın 20-də Pekində təqdim ediləcək yeni qurğu Full HD (1080p) formatlı 5,5 düymlü displey, 1,7 GHs takt tezlikli MT6592 prosessor, 2 giqabayt tutumlu operativ yaddaş, 16 giqabaytlıq daxili yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyator, 13 meqapikselli arxa, 5 meqapikselli ön kamera ilə təchiz ediləcək və Android 5.1 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Smartfonun qiyməti 1299 yuan (200 dollar) təşkil edəcək.

Ağ rəngdə olacaq qurğunun arxa panelində Pepsi loqotipi yer alacaq. Çin bazarı üçün nəzərdə tutulan smartfonun digər ölkə bazarlarına çıxarılması barədə hələ ki məlumat verilmir.//xeberler.com